IQNA

Məddahlar Məhərrəm ayında təfriqə yaradan sözlər deməsinlər

13:22 - August 08, 2021
Xəbər sayı: 3490466
Pakistanın Lahur əyalətinin şiə və sünni alimləri Məhərrəmlik öncəsi "İslami Məzhəblərin Vəhdəti" adı ilə toplantı keçirərək məddahlara təfirəyə salan sözlər deməməyi tövsiyə ediblər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Lahur əyalətinin şiə və sünni alimləri Məhərrəmlik öncəsi "İslami Məzhəblərin Vəhdəti" adı ilə toplantı keçiriblər.

Şiə və əhli-sünnənin dini və məzhəbi şəxsiyyətlərinin iştirakı ilə keçirilən toplantıda hər iki məzhəbin alimləri Məhərrəmlik ayında və İmam Hüseyn (ə) əzadarlığında çıxış edən məddahlara ümmətin vəhdətini pozacaq və təfriqəyə səbəb olacaq sözlərin deyilməməsini tövsiyə ediblər.

Bu toplantıda İran İslam Respublikasının Lahur əyalətindəki Mədəniyyət Mərkəzinin rəisi Cəfər Runas, Pakistanın İstihlal Komitəsinin rəisi Mövlana Əbdülxeyir Azad, "Əhli-Hədis Cəmiyyəti"nin rəisi Mövlana Seyid Ziyaullah Şah Buxari, Pəncabın media işləri rəisinin müavini Seyid Əsəd Abbas Nəqəvi və digər dini təşkilatların nümayəndələri iştirak ediblər.

Toplantıda çıxış edənlər bütün müsəlmanları, şiə və sünniləri vəhdətə dəvət edərək Aşura inqilabının əsas hədəfinin müsəlmanların izzətli olması, insanların sülh şəraitində yaşaması, İslami dəyərlərin ümmət arasında dirildilməsi, zülmün məhv edilməsi, ədalətin bərqərar olması və azadlığının qorunması  olduğunu vurğulayıblar.

Şiə və əhli-sünnə alimlərinin birgə keçirdiyi bu toplantı Pakistanın Saç TV və "Lahur Rəng" televiziya kanallarından canlı yayımlanıb. /iqna

captcha