IQNA

Səudiyyə 33 ölkəni Ümrə Həccindən məhrum etdi

10:17 - August 09, 2021
Xəbər sayı: 3490471
Səudiyyə Ərəbistanı dünyanın 33 ölkəsini Ümrə ziyarətindən məhrum edib. Bu barədə Türkiyə Dini İşlər Nazirliyi ötən gün, Bazar günü, 8 Avqust 2021-ci il, məlumat verib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı dünyanın 33 ölkəsini Ümrə ziyarətindən məhrum edib.

Bu barədə Türkiyə Dini İşlər Nazirliyi ötən gün, Bazar günü, 8 Avqust 2021-ci il, məlumat verib.  

Məlumatda deyilir ki, Səudiyyə Ərəbistanı bu siyahıya dəyişiklik edəcəyi də ehtimal edilir.

Misrin "Misravi" informasiya portalı isə Ümrə Həccindən məhrum edilmiş ölkələrinin siyahısını belə verib:

ABŞ, Misr, Cənubi Afrika, Fransa, İtaliya, İsveç, İngiltərə, Almaniya, İsveçrə, Argentina, Braziliya, İndoneziya, Yaponiya, Türkiyə, Pakistan, İran, Ermənistan, İrlandiya, Tayvan, Livan, BƏƏ, Çin, Liberiya, Portuqaliya, Qvineya-Bisau, Farer Adaları, Monteneqro, Nikaraqua, Makedoniya, Makao, Honq Konq və Kürasao.

Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi elan edib ki, Avqust ayının 9-dan dünyanın müxtəlif ölkələrinin Ümrə ziyarəti barədə müraciətlərinə tədriclə baxılacaq. Başlanqıcda 60 min nəfər Ümrə ziyarətinə qəbul ediləcək və bu rəqəm tədricən ayda 2 milyon nəfərə çatdırılacaq.

Nazirlik vurğulayıb ki, ölkəyə daxil olmaq istəyən xarici zəvvarlar etibarlı vaksin vurduqları barədə sənəd təqdim etməlidirlər. / iqna

Teqlər: ümrə həcci ، vaksin ، həcc
captcha