Türkiyədəki məşhur teleaparıcılardan biri olan Metin Uca müsəlmanların yağış üçün dua etməsini ələ salıb.
Türkiyədə meşə yanğınlarının fonunda insanlar yağışın yağması üçün dualar ediblər, namazlar qılıblar.
Adıçəkilən aparıcı müsəlmanların bu dua və namazlarına rişxənd edərək sosial şəbəkə səhifəsində yazıb: “Türkiyədə yaşayan hər kəs bilir ki, avqustda Antalyada yağış yağmaz… Duaya yox, elmə inanın”.
Lakin onun bu yazısından iki gün sonra Türkiyədə şiddətli yağışlar yağmağa başlayıb. Müsəlmanlara istehza edən aparıcı isə rüsvay olaraq öz paylaşımını silmək məcburiyyətində qalıb.