IQNA

12:24 - August 18, 2021
Xəbər sayı: 3490547
İraqın Mosul əyalətinin şimalında yerləşən Sincar şəhərinin Sinun rayonunda yaşayan Eyzədi xalqı ilk dəfə olaraq İmam Hüseyn (ə) əzadarların xidmət etmək üçün heyət və mukib təşkil ediblər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Mosul əyalətinin şimalında yerləşən Sincar şəhərinin Sinun rayonunda yaşayan Eyzədi tayfası (əsas hissəsi Kurmancı dilində danışan Yezidilər adlanan dini toplum) ilk dəfə olaraq İmam Hüseyn (ə) əzadarların xidmət etmək üçün heyət və mukib təşkil ediblər.

Bu mukib Aşura hadisəsinin ildönümü, İmam Hüseyn (ə) və Əhli-Beytinə (ə) üz verən müsibəti anmaq üçün qurulub.  

Mukibin açılışında Həzrət Abbas (ə) Hərəminin Genişləndirilməsi və İnkişafı Layihəsinin məsulu və Mədəni İrşad Mərkəzinin rəhbəri Heydər əl-Arizi və həmin mərkəzin digər məsulu Məhmud əl-Əərəci iştirak ediblər.

Görüş zamanı Eyzədi xalqının nümayəndələri bildiriblər ki, Şəhidlər Ağası (ə) bütün azad insanların rəhbəridir. O həzrət (ə) hamını öz bayrağı altında toplayıb. O, bütün zamanlar və məkanlar üçün bütün tağut və zalimlər əleyhinə məzlumların nümayəndəsi kimi bayraq qaldırdı. O, bütün dünya məzlumlarının tərəfindən zalimlər əleyhinə inqilab etmiş öndəridir. O, bir millət, din və məzhəbə aid deyil. Buna görə də biz Eyzədilər mukib qurmuşuq ki, bu regionda onun sevənləri adına xidmət edək. / iqna

 
Teqlər: yezidi ، eyzədi ، kurmancı ، mukib ، mosul ، sincar ، sinun
Ad:
E-poçt:
* Comment:
* captcha: