IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranın müqəddəs Qum şəhərinin Came Məscidi bu şəhərin ən qədim məscidlərindən biridir.
"Cameyi-Ətiq" məscidi adlanan bu ibadət ocağının inşasında hətta bir ədəd belə dəmir işlənməyib.
12 əsr bundan öncə tikilmiş bu məscidin sahəsi 6000 kvadrat metrdir. Məscidin iki düzbucaqlı eyvanı və ortada böyük günbəzi var.
"Ətiq Came" məscidini hicrətin 3-cü əsrində Qum şəhərinin şiə alim və mühəddisi Əbus-Südeyim Hüseyn bin Əli bin Adəm Əşəri tikdirib.
O, şiələrin 10-cu imamı Həzrət Əliyyən-Nəqi əl-Hadi və 11-ci imam Həzrət İmam Həsən Əskərinin (ə) səhabələrindən biri olub. / iqna