IQNA

Bu tarixi Quran nüsxəsi Türkiyəyə qaytarılacaq

19:52 - August 22, 2021
Xəbər sayı: 3490574
Bu Quran nüsxəsi 16-cı əsrdə Osmanlı dövrünün məşhur xəttatı və Osmanlı dövrünün hüsnxətt mədrəsəsinin təsisçisi olan Mustada Dada ibn Şeyx Həmdullah tərəfindən yazılıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin Ali Məhkəməsi 16-cı əsrə aid olan qədim bir əlyazma Quran nüsxəsinin Türkiyəyə geri qaytarılması barədə hökm çıxarıb.

Bu Quran nüsxəsi 16-cı əsrdə Osmanlı dövrünün məşhur xəttatı, Osmanlı sultanları hüsnxətt müəllimi və Osmanlı dövrünün hüsnxətt mədrəsəsinin təsisçisi olan Mustafa Dada ibn Şeyx Həmdullah tərəfindən yazılıb.

Həmin Quran nüsxəsi 2017-ci ildə Londonda 120-180 min pond qiymətinə hərraca çıxarılan zaman Türkiyənin aidiyyatı üzrə qrumları tərəfindən tanınır və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şikayət edildikdən sonra nüsxənin hərracı ləğv edilir.

Qeyd edək ki, həmin Quran nüsxəsi 2015-ci ildə İstambulda bir şəxsin ev kitabxanasından oğurlanmışdı.  / iqna

captcha