IQNA

"G7" liderləri Əfqanıstanda terrorla mübarizəni müzakirə edib

14:26 - August 25, 2021
Xəbər sayı: 3490592
"G7"nin virtual toplantısında Əfqanıstandan təxliyənin koordinasiya edilməsi və terrorçuların ölkəyə qayıtmasının qarşısının alınması müzakirə edilib.

"G7"nin virtual toplantısında Əfqanıstandan təxliyənin koordinasiya edilməsi və terrorçuların ölkəyə qayıtmasının qarşısının alınması müzakirə edilib.

Bunu NATO -nun baş katibi Yens Stoltenberq "G7" ölkələri liderlərinin virtual görüşündən sonra deyib.

"G7 liderlərinin iştirakı ilə Əfqanıstan mövzusunda əhəmiyyətli müzakirə keçirilib. NATO effektiv  təxliyəni təmin etmək üçün koordinasiyasını davam etdirir. Birlikdə, terror qruplarının yenidən Əfqanıstanda sərbəst fəaliyyət göstərə bilməsinin qarşısını almalıyıq", deyə o Twitter-də açıqlayıb.

İngiltərənin təşəbbüsü ilə çağırılan "G7" liderlərinin təcili sammiti ötən gün onlayn formatda keçirilib. /iqna

Teqlər: g7 qrupu ، G7 ، NATO ، Əfqanistan ، taliban
captcha