IQNA

Olimpiya gümüşçüsü müsəlman idmançıdan təqdirəlayiq addım

16:20 - August 27, 2021
Xəbər sayı: 3490601
Qırğızıstanlı güləşçi Akjol Mahmudov ehtiyaclı insanlara yardım etmək üçün olimpiya formasını satıb. O, əldə edilən pulları xeyriyyə təşkilatına bağışlayacaq.

Qırğızıstanlı güləşçi Akjol Mahmudov ehtiyaclı insanlara yardım etmək üçün olimpiya formasını satıb.

O, əldə edilən pulları xeyriyyə təşkilatına bağışlayacaq.

Tokioda keçirilən olimpiyadada gümüş medal qazanan Mahmudovun forması hərracda 6,5 min dollara satıılıb.

Bundan başqa, hərrac iştirakçıları xeyriyyə məqsədi ilə daha 19,5 min dollar bağışlayıblar.

“Uşaqlıqdan Olimpiya oyunlarının qızıl medalını qazanmaq və ehtiyaclı ailələrə yardım etmək istəyirdim. Olimpiya oyunlarından evə döndükdə anladım ki, xalqım üçün yaxşılıq etmək qərarındayam.

Məktəblər, məscidlər, yollar tikmək və ehtiyaclılara kömək etmək istəyirdim. Və bu gün öz arzumun gerçəkləşməsi üçün ilk addımı atmaq istəyirəm”, – deyə idmançı bildirib. / Şəfəqna

captcha