IQNA

11:49 - September 04, 2021
Xəbər sayı: 3490654
Cari həftənin Cümə günü, 3 Sentyabr 2021-ci il, sionist rejiminin işğalda olan Qüds şəhərində qodyuğu sərt məhdudiyyətlərə rəğmən Əqsa məscidində 45 min fələstinli Cümə namazı qılıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin Cümə günü, 3 Sentyabr 2021-ci il, sionist rejiminin işğalda olan Qüds şəhərində qodyuğu sərt məhdudiyyətlərə rəğmən Əqsa məscidində 45 min fələstinli Cümə namazı qılıb.

Fələstin İnformasiya Mərkəzinin bu barədə verdiyi məlumata əsasən, işğalçı sionist rejiminin hərbiçiləri Əqsa məscidinin ətrafında postlar qurmuş və yoxlama məntəqələri qurmuşdular ki, fələstinli cavanların müqəddəs məscidə girişinə mane yaratsınlar.

Buna baxmayaraq fələstinli cavanlar maneələri yararaq Cümə namazını Əqsa məscidində qılıblar.

Fələstinin İslami Fondlar İdarəsinin elan etdiyinə görə, bu həftənin Cümə namazında 45 min fələstinli iştirak edib. Bundan əlavə yüzlərlə insan məscidin giriş qapılarının arxasında qalıb. / iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: