IQNA

Əfqanıstan şiələri "Taliban"a etiraz etdi

10:17 - September 10, 2021
Xəbər sayı: 3490701
Şiə Üləma Şurası "Taliban"ın əhatəli nazirlər kabinetini tənqid edən bir bəyanat yayımlayaraq, "Taliban"ın hökumət quruluşunu ədalətsiz və bu ölkə xalqının gözləntilərinə zidd olaraq xarakterizə edib.

Əfqanıstanın Şiə Üləma Şurası "Taliban"ın əhatəli nazirlər kabinetini tənqid edən bir bəyanat yayımlayaraq, "Taliban"ın hökumət quruluşunu ədalətsiz və bu ölkə xalqının gözləntilərinə zidd olaraq xarakterizə edib.  

Əfqanıstan Şiə Üləma Şurası tərəfindən yayımlanan bəyanatda "Taliban"ın Əfqanıstanı ələ keçirməsinin ardınca "Taliban"ın ölkə xalqına və beynəlxalq ictimaiyyətə hərtərəfli bir hökumət və bütün etnik qrupların güzgüsü olacağı vədindən sonra elan edilən yeni kabinetin Əfqanıstanda başda şiə toplumu olmaqla bütün fərqli etnik qrupların olmadığı yeni bir kabinet olduğunu bildirib.  

Əfqanıstan Şiə Üləma Şurasının bəyanatında "Taliban" tərəfindən elan edilən hökumət kabinetinin Əfqanıstanın mənfəətinə və xeyrinə olmadığı, bunun cəmiyyət və Əfqanıstan üçün problemlər yaradacağı qeyd olunub. eastnews

captcha