IQNA

8:46 - September 13, 2021
1
Xəbər sayı: 3490724
Kitabda Qarabağ savaşında şəhid olan vətən oğullarının qəhrəmanlıq dastanları və hər kəsə örnək olacaq həyatları, insanlarla münasibətləri, ictimai fəaliyyətləri işıqlandırılıb. 

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Azərbaycanın qəhrəmanlar yetişdirən gözəl guşələrindən biri olan Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəbinin müəllimi, gənc yazar Eldar İlqaroğlunun hazırda yaşadığı və doğma vətəni olan Boladi kəndinin şəhidləri haqqında yeni kitabı işıq üzü görüb.

Vətən şəhidlərinin gözəl adı ilə zinətlənmiş "Boladi Şəhidləri" adlı bu dəyərli kitab müəllifin ikinci kitabıdir.  

Kitabda Birinci və İkinci Qarabağ savaşında işğalçılara qarşı qəhramanlıqla döyüşən və canını fəda edən əziz vətən şəhidlərinin tərcümeyi-halları, döyüş yolları, ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri oxuculara təqdim olunur.

Kitabda həmçinin şəhidlərin təkcə qəhramanlıqla vuruşması deyil həm də hər kəsə örnək olacaq həyatları, insanlarla münasibətləri, ictimai fəaliyyətləri işıqlandırılıb. 

Eldar İlqaroğlunun "Hamı təkdir bu dünyada" adlı ilk kitabı kimi "Boladi Şəhidləri" kitabı da oxucular, həmçinin Lənkəran rayonu və Boladi kənd ictimayyəti tərəfindən maraqla qarşılanıb.

Eldar İlqaroğlu hazırda yeni kitablar üzərində işləyir.

Biz də gənc yazara yaradıcılıq uğurları arzulayırıq.

Qeyd edək ki, Eldar İlqaroğlu 15.05.1985-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 2002-2006-illərdə Azərbaycan Ali Hərbiçilik məktəbini bitirib. 2006-2009-cu illərdə ixtisası üzrə orduda zabit olaraq, xidmət etmişdir. 2011-ci ildən Lənkəran rayon Boladi kənd tam orta məktəbinin hərbi rəhbəri vəzifəsində çalışır. / iqna

 

Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Anonim
0
0
Özəl və xeyirxah insan,Eldar müəllimə,uğurlar arzulayırıq
Ad:
E-poçt:
* Comment:
* captcha: