IQNA

11:15 - September 14, 2021
Xəbər sayı: 3490739
Razi Uni-nin Orta Məktəblərə Nəzarət Şurasının katibi deyib: "Bu universitetin tabeliyində olan qızlar üçün orta məktəbdə təhsil alan Mühənna Səyyadi Beynəlxalq Sürətli Zehni Hesablama yarışmasında birinci olub.

İranın Kermanşah Razi Universitetinə bağlı Orta Məktəblərə Nəzarət Şurasının katibi deyib: "Bu universitetin tabeliyində olan qızlar üçün orta məktəbdə təhsil alan Mühənna Səyyadi Beynəlxalq Sürətli Zehni Hesablama yarışmasında birinci olub.

Əlirza Kərəmpur İRNA ilə müsahəbədə, Beynəlxalq Sürətli Zehni Hesablama yarışlarının Birləşmiş Ərəb Əmirliklərində keçirildiyini bildirib.

O, qeyd edib ki, İran İslam Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri də müsabiqə yerinə gələrək, Razi Universitetinin tələbəsi xanım Mühənna Səyyadını təbrik edib.

Bu turnirdə, 12 ölkədən 600-dən çox iştirakçı rəqabət aparırdı və İranın zehni hesablama üzrə komandası bu yarışların ən uğurlu komandalarından biridir və çempionlar arasında keçirilən rəqabətlərdə 4 dəfə çempion olub. / Səhər TV

Ad:
E-poçt:
* Comment:
* captcha: