IQNA

20:41 - September 17, 2021
Xəbər sayı: 3490759
İraqın Nəcəf şəhərinin imam cüməsi Seyid Sədrəddin Qabanci İraq hökumətindən quru sərhədlərinin açılmasını xahiş edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərinin imam cüməsi Seyid Sədrəddin Qabanci İraq hökumətindən quru sərhədlərinin açılmasını xahiş edib.

O, çıxışı zamanı qeyd edib ki, milyonlarla zəvvarı qəbul etməyə hazırdırlar:    

"Hər iki dövlətdən xaiş edirik quru sərhdələrini açın. İraq və quru sərhədlərini zəvvarların üzünə bağlayıb. Axı niyə? Sərhədləri bağlamağın fəlsəfəsi nədir axı? Mütlıq hava yolu ilə gəlməlidir, bəs təyyarə ilə gəlməyə gücü çatmırsa necə etsin? Hər iki dövlətdən xaiş edirik quru sərhədlərini açsınlar. Deyirlər ki, bu il yalnız 30 min nəfərə icazə verə bilərik. Daha sonra artırdılar 60-70 min nəfər etdilər. İndi isə 80 min nəfərə icazə veriblər. Xeyr, İraq xalqı 3 milyon zəvvarı qarşılamağa hazırdır. Məhərrəmlik təcrübəsini gördünüz. Heç bir koronavirus yayılması olmadı. Bəs sən nədən narahatsan?! Hökumət bacarmasa, biz İraq xalqı zəvvarları tam sevinclə və açıq qollarla qəbul edə bilərik. Biz 3 milyon, 5 milyon zəvvar gözləyirik. Şükür olsun Allaha, artıq təhlükəsizlik tam bərpa olunub. Xəstəlikdə Allahın izni ilə yayılmayacaq. Siz bunu Məhərrəmlikdə gördünüz. Heç yoluxmanın sayında artım olmadı. Nə üçün İmam Hüseyn əleyhissalamın ziyarətinin qarşısını alırsınız. Ey İraq rəsmiləri sizdən xaiş edirəm açın sərhədləri zəvvarların üzünə, bərəkət sizə tərəf gələcək. Bərəkət, sağlamlıq afiyət sizə tərəfə gələcək. İmamdan soruşurlar, sizi ziyarət edənlərə hansı hədiyyə veririsiniz, imam buyurdu ki, hər sübh və axşam onlar üçün dua edirik. Ey Allahım, imamlar hər sübh və axşam zəvvarları üçün dua edirlər. Ey İraq dövləti, bizi İmam Hüseyn zəvvarlarından niyə məhrum edirsiniz?" 

Ad:
E-poçt:
* Comment:
* captcha: