IQNA

23:39 - September 18, 2021
Xəbər sayı: 3490767
Ümumdünya Əhlul-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani bəyanat yayaraq hindistanlı şiə alimi Əllamə İbn Əli Vaizin vəfatı münasibəti ilə başsağlığı verib.  

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ümumdünya Əhlul-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani bəyanat yayaraq hindistanlı şiə alimi Əllamə İbn Əli Vaizin vəfatı münasibəti ilə başsağlığı verib.  

Ayətullah Ramazani başsağlığı mesajında Əllamə İbn Əli Vaizinin vəfatını müsəlman dünyası üçün böyük itki hesab edərək deyib:

Hindistanın böyük şiə alimi və İslam mütəfəkkiri Əllamə İbn Əli Vaizinin vəfat xəbəri bizi təəssüfləndirdi.

Bu böyük alim bərəkətli ömrünü İslami mərkəzlərdə və dini hövzələrdə təhsil, tədris, təbliğ, kitab təlifi və tərcüməsi və cəmiyyətin irşadına başa vurdu.

O, İran İslam İnqilabı və İmam Xomeyninin (r.ə) hədəfləri uğurunda çalışdı, dünya imperialistlərinin qarşında dayandı. Onun bu təlaşları pak ruhu üçün gözəl axirət tüşəsi olacaqdır.

Bu ağır itki münasibəti ilə İmam Zamanın (ə.f) məhzərinə, İslam İnqilabı Rəhbərinə, böyük təqlid mərcələri, şagirdləri, Hindistan müsəlmanları və yaxınları təsliyət deyir və Allah yanında məqamının uca olmasını arzulayırıq. / iqna / 3998037

Ad:
E-poçt:
* Comment:
* captcha: