IQNA

0:57 - September 19, 2021
Xəbər sayı: 3490769
Səudiyyə Ərəbistanın Həcc Nazirliyi koronavirus pandemiyası əleyhinə icra edilən məhdudiyyətlərdən sonra Ümrə ziyarətinə gələn hacıların sayını elan edib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Həcc Nazirliyi koronavirus pandemiyası əleyhinə icra edilən məhdudiyyətlərdən sonra Ümrə ziyarətinə gələn hacıların sayını elan edib.

Ərəbistanın Həcc Nazirliyinin yaydığı hesabata əsasən, 2020-ci ilin Oktyabr ayının 4-dən, yəni "təhlükəsiz Ümrə" layihəsinin başladığı vaxtan tədricən Hərəmeyni-Şərifeyni 10 milyon zəvvar müvəffəqiyyətlə ziyarət ediblər.

Cari ilin (2021) Avqust ayının 10-dan, Səudiyyə Ərəbistanın ikinci dəfə Ümrə ziyarətinə icazə verməsindən sonra bu günədək 12 min zəvvar üçün viza açılıb.

Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirinin müavini Əbdül-Fəttah Süleyman Məşşat ziyarətçilərin təhlükəsizliyi üçün koronavirusa qarşı həyata keçirilən layihələrə işarə edərək deyib: İndiyədək koronavirusun yayılmasının qarşısını almaq üçün 19 layihə icra edilib. Hazırda hər gün 70 min zəvvar Allah evini ziyarət edə bilir. Amma bizi hədəfimiz bu rəqəmi tədricən gündəlik 3.5 milyon nəfərə çatdırmaqdır.

O əlavə edib: Ümrə ziyarətinə gələnlərin hər iki doz vaksini vurdurması Həcc vizasının verilməsi üçün əsas şərtdir. Bunun üçün icazə "Tawakkalna" mobil təminatı vasitəsi ilə verilir. Ərəbistanın səhiyyə nazirliyi 12 yaşından yuxarı bütün ziyarətçilər üçün vaksin pasportunun olmasını şərt bilir. Xarici zəvvarala da tövsiyə edilir ki, Ərəbistana səfər etməzdən 72 saat öncə vaksinasiya barədə vəziyyətlərini Həcc nazirliyinə elan etsinlər. / iqna / 3998175

Teqlər: Həcc ، Ümrə ، ziyarət ، hacı ، koronavirus ، vaksin
Ad:
E-poçt:
* Comment:
* captcha: