IQNA

10:52 - September 20, 2021
Xəbər sayı: 3490773
7,6 milyon yəmənli pis qidalanmadan əziyyət çəkir. Bunu BMT-nin Yəməndəki Humanitar İşlərin Əlaqələndirilməsi Ofisi (OCHA) verdiyi açıqlamada bildirib.

7,6 milyon yəmənli pis qidalanmadan əziyyət çəkir.

Bunu BMT-nin Yəməndəki Humanitar İşlərin Əlaqələndirilməsi Ofisi (OCHA) verdiyi açıqlamada bildirib.

Məlumatda bildirilir ki,  pis qidalanmadan əziyyət çəkən yəmənlilərdən 2 milyon  300 min nəfəri uşaqlardır.  1 milyon 200 min nəfər isə hamilə və südəmər körpəsi olan qadınlardır.  Həmin hamilə və südəmər körpəsi olan qadınların müalicəyə ehtiyacı var. 
 
Məlumatda qeyd olunur ki,  cari ildə Yəməndə müalicə xərclərinin 11 faizi üçün maliyyə təminatı olunub.  Qeyd olunub ki, Yəməndə 20 milyon nəfərin  tibbi xidmətlərə ehtiyacı var. 
 
Açıqlamada qeyd olunub ki,  Yəməndə xəstəxanaların 51 faizi tam potensialı ilə fəaliyyət göstərir.  Yəmənin 333 şəhərindən  67 şəhərində həkim fəaliyyəti mövcuddur.  Orta hesabla  hər 10 dəqiqədən bir bir uşaq müalicə oluna biləcək xəstəlikdən həyatını itirir.  
Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir.
 
Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb.
 
Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur.
 
Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur.  
 
Dünya Səhiyyə Təşkilatı və UNICEF də daxil olmaqla bir çox beynəlxalq təşkilatlr Yəmən xalqının son əsrdə görünməmiş aclıq və humanitar fəlakətlə üzləşdiyi barədə dəfələrlə xəbərdarlıq ediblər. /irna
Teqlər: Yəmən ، Səna ، BMT ، OCHA
Ad:
E-poçt:
* Comment:
* captcha: