IQNA

İsrail İbrahim məscidinin qapısını müsəlmanların üzünə bağladı

0:19 - September 23, 2021
Xəbər sayı: 3490798
İsrail rejimi təhlükəsizlik qüvvələri əl-Xəlil şəhərində yerləşən İbrahim məscidinə müsəlmanların girişini qadağan edib. Qadağaya səbəb kimi isə yəhudilərin bayramı göstərilib.  

İsrail rejimi təhlükəsizlik qüvvələri əl-Xəlil şəhərində yerləşən İbrahim məscidinə müsəlmanların girişini qadağan edib.  

Bu barədə yerli mənbələr məlumat yayıblar.  

Məlumatda vurğulanır ki, İsrail rejimi qadağaya əsas olaraq yəhudilərin bayramını göstərib.  

Baş verən hadisənin bölgədə gərginliyə də səbəb olduğu diqqətə çatdırılır.  

İşğalçı israil rejimi cari ayın əvvəlindən bugünədək İbrahimi məscidində 60 dəfədən çox azan verilməsinin qarşısını alıb. 

Qeyd edək ki, terrorçu sionist rejimi 1994-cü ildən İbrahimi məscidini müsəlmanlar və sionist yəhudilər arasında bölüb. Məscidin 63 faizini yəhudilərə və 37 faizini isə müsəlmanlara verib. Məscidin azan verilmə otağı da yəhudilərin payına düşən hissədə qalıb.  

Xatırladaq ki, ötən gün (22 Sentyabr 2020) 529 yəhudi köçkün İsrail rejimi polisinin möhkəm qoruması altında Məscidül-Əqsaya basqın edib.  

Hadisə şahidləri yəhudilərin Mərakeş qapısının yaxınlığından qrup halında Məscidül-Əqsaya basqın etdiklərini, həyətlərində təxribat turları təşkil etdiklərini, Talmud ayinləri icra etdiklərini və "Məbəd" iddiaları ilə əlaqədar açıqlamalar bildiriblər.  

Diqqətəlayiqdir ki, məskunlaşanlar Məscidül-Əqsaya gündəlik hücumlarını gücləndiriblər. / iqna / 3999297

 

 

 

captcha