IQNA

Əllamə Həsənzadə Amuli vəfat etdi

23:02 - September 25, 2021
Xəbər sayı: 3490819
İslam dünyasının məşhur irfani siması Əllamə Ayətullah Həsənzadə Amuli bu gecə (25 Sentyabr 2021) ağ ciyər xəstəliyi səbəbi ilə dünyasını dəyişib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam dünyasının məşhur irfani siması Əllamə Ayətullah Həsənzadə Amuli bu gecə (25 Sentyabr 2021) ağ ciyər xəstəliyi səbəbi ilə dünyasını dəyişib.

Əllamə Həsənzadə Amuli İslam dini və Əhli-Beyt (ə) məktəbi maarifinin bir çox sahələrində söz sahibi və ustad idi.

Əllamə Zülfünun adlanan Ayətullah Həsənzadə Amuli İslam maarifi, hikmət, fəlsəfə, irfan, riyaziyyat, astronomiya, ədəbiyyat, hədis və sair ixtisaslar üzrə dəyərli kitabların müəllifi idi.

Onun Quran və insan, Quran və irfan və bürhan, Şəfa kitabından ilahiyyat, Nəhcül-Bəlağədə kamil insan, Cəbr və qədər, İmamət risaləsi, Astronomiya və həndəsə məsələləri və sair kitabları məşhurdur.

Əllamə Həsən ibn Abdullah Təbəri Amuli 1929-cu (1347 hq) ildə İranın Mazandaran əyalətinin Amul bölgəsinin Larican şəhərində anadan olub.

Amul şəhərinin Came məscidində altı il dini təhsil alıb. Burada Ayətullah Mirza Əbul-Qasim Fərsu, Şeyx Əbul-Qasim Rəcayi Lətikuhi, Ayətullah Ğərəvi, Ağa Şeyx Əhməd Etimadi, Şeyx Əzizullah Təbərsi və Abdullah İşraqi kimi alimlərdən elm öyrənib.

Əllamə 22 yaşında olarkən Tehrana gəlir və burada Ayətullah Mirza Əbulhəsən Şəərani, Hacı Mirza Mehdi İlahi Qomşei, Mirza Əbulhəsən Rəfii Qəzvini, Hacı Şeyx Məhəmmədtəqi Amuli, Şeyx Məhəmmədhüseyn Fazili Tuni, Ağa Mirza Əhməd Aştiyani və Seyid Əhməd Ləvasani kimi ustadlardan dərs alır.    

Ayətullah Həsənzadə Amuli hicri-şəmsi tarixi ilə 1342-ci ildə (1963) müqəddəs Qum şəhərinə köçür və burada Əllamə Seyyid Məhəmmədhüseyn Təbatəbayi, Seyid Həsən Təbatəbai və Ağa Seyid Mehdi Qazi Təbatəbayi kimi elm xəzinələrindən feyziyab olur.

Elə həmin ildən də dinin müxtəlif sahələrində təhsilini və elmini artırmaqla yanaşı dərs deməyə, kitab yazmağa və araşdırmalar etməyə başlayır. / iqna / 4000194

captcha