IQNA

21:31 - September 26, 2021
Xəbər sayı: 3490826
Tbilisidə Həzrət İmam Hüseynin (ə) 40 mərasiminə həsr olunmuş “Məhərrəmlik mərasimlərinin mahiyyət və faydaları ” adlı seminar keçirilib. Seminarda və ətraf rayon və kəndlərdən xanımlar iştirak edib.

Gürcüstanın Tbilisi şəhərində Həzrət İmam Hüseynin (ə) 40 mərasiminə həsr olunmuş “Məhərrəmlik mərasimlərinin mahiyyət və faydaları ” adlı seminar keçirilib. Seminarda paytaxt Tbilisi və ətraf rayon və kəndlərdən xanımlar iştirak edib.

Qurani-Kərimin tilavəti ilə başlayan seminarda Gürcüstan Müsəlman Qadınları İcmasının üzvləri Naidə Hacıyeva, Lalə Suleymanova, Esmira Nəsibova, Rəhimə Qurbanova və Minarə Nəbiyevanın mövzu ətrafında söhbətləri olub.

Çıxış edənlər Əzadarlıq məclislərinin məqsədi, əhəmiyyət və faydaları haqqında danışıb, Məhərrəmlik mərasimlərinin keçirilməsi haqqında yaranan şübhələri cavablandırıblar.

Tədbir birgə dua oxumaqla sona çatıb. Sonda iştirakçılar ehsan süfrəsinə dəvət olunublar. / oxuinfo

 

Ad:
E-poçt:
* Comment:
* captcha: