IQNA

13:27 - October 03, 2021
Xəbər sayı: 3490877

Bəhreyn xalqı İsrail rejiminə qarşı mitinqləri davam etdirir

Bəhreynin "əl-Vifaq" hərəkatı İsrail rejimi səfirliyinin rəsmi şəkildə açılmasına münasibət bildirib.

Bəhreyn xalqı İsrail rejiminə qarşı mitinqləri davam etdirir

İQNA-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Bəhreynin "əl-Vifaq" hərəkatı İsrail rejimi səfirliyinin rəsmi şəkildə açılmasına münasibət bildirib.   Hərəkat bununla bağlı bəyanat ilə çıxış edib.  

Bəyanatda vurğulanır ki, Bəhreyn xalqı İsrail rejimi ilə normallaşmanı qəbul etmir və hökumətin bu addımı insanların mövqeyini əks etdirmir.  

"Bəhreyn xalqı Fələstin ilə həmrəydir və bu dəyişilməz reallıqdır. Hökumət etdiyi bütün xəyanətlərə görə cavab verəcək", - deyə bəyanatda diqqətə çatdırılıb. 

captcha