IQNA

Ölkənin şimal-qərbindəki hadisələrin həlli xarici qüvvələrin müdaxiləsinin qarşısını almaqdır

17:50 - October 03, 2021
Xəbər sayı: 3490883
İslam İnqilabının Rəhbəri Ayətullah Seyyid Əli Xamenei bu gün İmam Hüseyn (ə) Hərbi Universitetində keçirilən məzun mərasiminə videokonfrans vasitəsilə qatılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Seyyid Əli Xamenei bu gün İmam Hüseyn (ə) Hərbi Universitetində keçirilən məzun mərasiminə videokonfrans vasitəsilə qatılıb.

İmam Xamenei hərbi təhsil alanlara xitab edərək deyib ki, Vətən və millətin möhkəm qalası olan İran Silahlı Qüvvələri ölkənin qürur mənbəyidir.

Ayətullah Seyyid Əli Xamenei Əmirəlmöminin Əlinin (ə) “Əsgərlər Allahın izni ilə xalqın qalasıdır” hədisinə istinad edərək bildirib ki, İranın silahlı qüvvələri daxili və xarici düşmənlərin sərt təhdidlərinə qarşı həqiqətən möhkəm bir müdafiə qalxanıdır:

“Başqalarına güvənərək öz təhlükəsizliyini təmin edə biləcəyini düşünənlər bilməlidirlər ki, bunun şilləsini tezliklə yeyəcəklər”.

Xarici qüvvələrin bölgədəki varlığını tənqid edən İslam İnqilabının Rəhbəri bildirib ki, xarici qüvvələrin və ABŞ əsgərlərinin bölgəmizdə olması dağıntılara və qarşıdurmalara səbəb olub:

“Hər kəs öz millətinə güvənərək öz ölkəsinin və ordularının müstəqilliyi üçün çalışmalı və bölgədə digər qonşu ölkələrlə hərbi əməkdaşlıqda hərəkət etməlidir."

Təchizatlı ABŞ ordusu, Talibanı devirmək məqsədi ilə qonşu Əfqanıstana girdi. 20 il bu ölkədə qaldı, qırğınlar və cinayətlər törətdi. Narkotik istehsalını və satışını itəşviq etdi. Bu ölkənin məhdud infrastrukturunu dağıdan ABŞ 20 ildən sonra idarəni Talibana təhvil verdi”.

İslam İnqilabının Rəhbəri İranın şimal-qərbindəki ölkələrin problemləri ilə əlaqədar olaraq bunları söyləyib:

“İranın şimal-qərbində bəzi qonşu ölkələrdə baş verən hadisələrin həlli xarici qüvvələrin bu ölkələrə müdaxiləsinin qarşısını almaqdır.

Silahlı qüvvələrimiz hər zaman məntiqlə hərəkət edir. Bu davranış digər ölkələr üçün mövcud problemləri həll etmək üçün bir nümunə olmalıdır. Hər kəs bilməlidir ki, qardaşları üçün quyu qazan hər kim birinci özü o quyuya düşər”.
captcha