IQNA

7:32 - October 06, 2021
Xəbər sayı: 3490904
İraq, İran və Səudiyyə məsullarının Bağdad hava limanında baş tutan görüşündə Məşhəd - Kərbəla - Məkkə marşurutu üzrə beynəlxalq magistral avtomobil yolu çəkilməsi məsələsi müzakirə edilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ərəbdilli bir xəbər saytının yaydığı məlumatda deyilir ki, İran, İraq və Səudiyyə Ərəbistanın son üçtərəfli görüşündə İraqın baş naziri Məşhəddən başlayaraq Kərbəladan keçən və Məkkəyə gedən beynəlxalq magistral yolun çəkilməsi təklifini irəli sürüb.

Sözü gedən mənbə bildirib ki, Bağdad hava limanında baş tutan bu görüşdə İraq, İran və Səudiyyə məsullarının görüşündə ölkələr arasında bəzi diplomatik razılaşmalar əldə edilib.

İraqın baş naziri Mustafa Kazimiyə yaxın bir mənbə "ərəb post" informasiya agentliyinə xəbər verib ki, İraqın baş nazirinin irəli sürdüyü təklifi tərəflər müsbət qarşılayıblar.

Mənbə bildirir ki, bu beynəlxalq magistral avtomobil yolu üç dövlət arasında əlaqələrin normallaşmasına başlanğıc ola bilər. Çünki Məşhəd şəhəri bütün dünyada yaşayan şiə müsəlmanlar və eləcə də iranlılar üçün çox əhəmiyyətli bir şəhərdir.

Xəbərdə deyilir ki, iranlı məsullar bu görüşdə Səudiyyədə yaşayan şiələrə təzyiqlərin azaldılmasını və onların da ziyarət üçün Məşhəd şəhərinə buraxılmasını istəyib. / 4002643

Teqlər: Məşhəd ، Kərbəla ، Məkkə ، İran ، İraq ، Səudiyyə
Ad:
E-poçt:
* Comment:
* captcha: