IQNA

Tacikistanda qeyri-qanuni dini təhsilə görə cəza sərtləşdirilir

16:37 - October 06, 2021
Xəbər sayı: 3490910
Tacikistanın Cinayət məcəlləsinə son düzəlişlərə əsasən, qeyri-leqal dini təhsilə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Tacikistanın Cinayət məcəlləsinə son düzəlişlərə əsasən, qeyri-leqal dini təhsilə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Müvafiq qərar Respublika parlamentinin aşağı palatasında qəbul olunub.

“Layihəyə əsasən, Tacikistan Respublikasının Cinayət kodeksinə 334 maddənin 1-ci bəndi əlavə edilir. Bu düzəliş qeyri-qanuni dini təhsilə görə cinayət məsuliyyətini nəzərdə tutur, hətta bu hərəkətlər İnternet üzərindən həyata keçirilibsə və ekstremist xarakter daşımayıbsa belə”, – məlumatda deyilir. / Şəfəqna

captcha