IQNA

Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüş vaxtı açıqlanıb

22:31 - October 11, 2021
Xəbər sayı: 3490947
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüş oktyabrın 13-də keçiriləcək.

Görüş Rusiya tərəfinin təşəbbüsü ilə olacaq.

Məlumata görə, görüş patriarxın Danilov iqamətgahında təşkil ediləcək.

Oktyabrın 12-si Şeyxülislam Allahşükür Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirill ilə ikitərəfli görüşü baş tutacaq.

Qeyd edək ki, A.Paşazadə oktyabrın 11-də Rusiyaya səfərə gedib.

captcha