IQNA

Pəncabda Peyğəmbərin (s) mövlud mərasimi keçiriləcək

10:25 - October 13, 2021
Xəbər sayı: 3490962
Pəncab əyalətini merinin İdman və Cavanlar İşi üzrə müavininin xüsusi köməkçisi Malik Ömər Faruq elan edib ki, Həzrət Peyğəmbərin (s) mövlud günü dövlətin göstərişi əsasında böyük şövqlə keçiriləcək.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Pəncab əyalətini merinin İdman və Cavanların İşi üzrə müavininin xüsusi köməkçisi Malik Ömər Faruq elan edib ki, Həzrət Peyğəmbərin (s) mövlud günü dövlətin göstərişi əsasında böyük şövqlə keçiriləcək.

Hafizabad regionunun Dinlərarası Sülh və Koordinasiya Komitəsində çıxış edən Faruq deyib: Federal dövlət Həzrət Peyğəmbərin (s) mövlud bayramını Rəbiul-Əvvəl ayının 13-dək davam etdirəcək.

O, aləmlərə rəhmət olan Peyğəmbərin (s) mövlud mərasiminin keçirilməsinin cəmiyyətdə sülh və dostluq yaratdığını vurğulayaraq qeyd edib ki, hədəfimiz cavanları və yeni nəsli O həzrətin (s) sirəsi və həyat tərzi ilə tanış etməkdir. / 4004416

captcha