IQNA

Müsəlman siyasətçi Fransa şəhərinin meri seçildi

19:34 - October 13, 2021
Xəbər sayı: 3490969
“1-ci turdan azı 57 faiz səslə yenidən seçilmək! Necə də iftixarlıdır, dəstək verən hər kəsə təşəkkürlər!”, – deyə Rabeh sosial şəbəkə üzərindən bildirib.

Fransalı müsəlman siyasətçi Əli Rabeh yenidən Trapp şəhərinin meri seçilib.

“1-ci turdan azı 57 faiz səslə yenidən seçilmək! Necə də iftixarlıdır, dəstək verən hər kəsə təşəkkürlər!”, – deyə Rabeh sosial şəbəkə üzərindən bildirib.

Qeyd edək ki, adıçəkilən şəhərin əhalisi 32 min nəfərdir və orada çox sayda müsəlman yaşayır.

Rabehin bu qələbəsi həm də simvolik bir qələbədir, çünki o, ölkədə ultra-sağçılıq və sağ populizminin artmasının fonunda yenidən seçilib.

Xatırladaq ki, bir müddət öncə həmin şəhərdə ölkə miqyaslı qalmaqal baş vermişdi. Belə ki, fəlsəfə müəllimi Didye Lemer şəhərin “islamlaşmasını” pisləyən açıq məktub yazmışdı. Mer Rabeh öz şəhərini qorumaq üçün Lemerə qarşı çıxmaqla bütün diqqətləri öz üzərinə cəmləyə bilmişdi.

“Mən nə müsəlman görürəm, nə də katolik. Mən Fransa vətəndaşlarını görürəm. Burada – Trappda biz hamımız birlikdə yaşayırıq və bir-birimizi sevirik”, – deyə mübahisələrin şiddətli vaxtında müsəlman mer bildirmişdi. / Şəfəqna

captcha