IQNA

Fransa hicaba dəstək kampaniyasını ləğv edib

16:22 - November 04, 2021
Xəbər sayı: 3491128
Fransa hökuməti, Aİ-nin hicaba dəstək kampaniyasına qarşı olduğunu bildirib və onu ləğv edib.

Fransa müsəlmanlarıİQNA-nın "Əl-Qüds Əl-Ərəbi"-yə istinadən verdiyi xəbərə əsasən, Fransa hökuməti, Avropa Şurasının hicablı qadınlara qarşı ayrı-seçkilik əleyhinə kampaniyasına mane olub.

Fransanın Gənclərlə İş üzrə Dövlət Naziri Sara Herri, şuranın addımından şoka düşdüyünü bildirib.

Fransanın gənclərlə iş üzrə naziri, dünən LCI-yə müsahibəsində belə deyib: "Bu tanıtım çarxı, fransız dəyərlərinə zidd olan hicab taxmağı təşviq edir."

O, sözünün davamında deyib ki, biz bunu məhkum edirik.

Fransa, bu addımı (Avropa Şurasına) qəbul etmədiyini və onu ləğv etdiyini bildirib.

O, Fransanın dünyəviliyi və dini azadlığı müdafiə etdiyini iddia edib. Amma bu kampaniya hicaba dəstək verir. Bunun ləğvindən sonra Avropa Şurası, bu çərçivədə dərc olunan tvitləri Twitter hesabından silib.

Oktyabrın 28-də Avropa Şurası, hicablı qadınları ayrı-seçkiliyə qarşı müdafiə edən şəkillərdən ibarət kampaniyaya başlayıb. Bu şəkillərin üzərinə “Hicabda azadlıq”, “Hicab istəyə bağlıdır”, “Hicabımı qəbul et” kimi ifadələr yazılmışdı.

Bu ilin aprelində Fransada müsəlman qadınlar, sosial şəbəkələrdə hökumətin anti-hicab qanunlarına etiraz olaraq “Əllərini hicabımdan çək” başlıqlı heşteq yaradmışdılar.

4010417

captcha