IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qərbi Afrikanın Niger respublikasının qərbində yerləşən Tillaberi əyalətinin Banibangu şəhərində silahlı kişilərin məscidə hücum etməsi nəticəsində 10 namazqılan həyatını itirib.
Bu barədə yerli xəbər qaynaqları məlumat yayıb.
Məlumatda deyilir ki, hadisə cari həftənin Bazar Ertəsi günü, Nigerin Mali və Burikinafaso ilə sərhədində yerləşən bir regionun Abankur kəndində baş verib.
Namazqılanlar İşa namazını qıldıqları zaman motorsikletə minmiş silahlı şəxslər məscidə soxulublar və onlara atəş açıblar.
Xatırladaq ki, iki ay öncə də Nigerdə eyni regionda məscidə silahlı hücum edilməsi nəticəsində ən azı 19 nəfər həyatını itirmişdi. / 4004892