IQNA

Ayətullah İsa Qasim: Fitnə və təfriqəçiliyə qarşı ayıq-sayıq olun

9:45 - October 17, 2021
Xəbər sayı: 3491001
Bizim hər birimizin vəzifəsidir ki, fürsəti fövtə vermədən aktiv bir məktəbə çevirilək, agah və İslama vəfadar bir media mərkəzi olaq, gecə və gündüz demədən İslamın əzəmətini hər yerə və hamıya çatdıraq.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyn şiələrinin mənəvi lideri Ayətullah Şeyx İsa Qasim ötən gün (Şənbə, 16 Oktyabr 2021) xaqlına müraciət ünvanlayaraq onlardan düşmənin qarşıdruma, sabitliyiyin pozulması, fintə və təfriqəçilik siyasətinə qarşı ayıq-sayıq olmalarını və İslam əleyhinə hücumların qarşısında xalqın hər bir fərdinin agah bir media üzvü rolunu ifa etmələrini istəyib.  

Ayətullah Şeyx İsa Qasim xalqa müraciətinin xülasəsi:

Sionist İsrail rejimi ilə əlaqələrin normallaşdırılması, vətəndaşların siyasi və sosial hüquqlarının pozulması və məhbusların hüquqlarının təmin edilməməsi məsələsində hakimiyyət ilə xalq arasında yaranmış ixtilaflardan istifadə edən düşmən xalqı əsas məsələlərdən yayındırmaq hədəfi ilə xalq arasında fitnə yaya və xalqı parçalaya bilər, hətta bu fitnə və təfriqə xalqın məhvinə səbəb olsa belə. Buna görə də xalqdan istəyimiz budur ki, bu məsələdə diqqətli və ayıq-sayıq olsun.

Bu, xalqın əleyhinə hazırlanmış bir hiylə və onlar üçün bir imtahandır. Xalq arasında ixtilaf, fitnə və təfriqə toxumu səpənlər bu cinayətin məsuliyyətini daşıyırlar.

Düşmənlər İslam əleyhinə və müsəlmanları çadırmaq və müsəlman ümmətini məğlub etmək üçün aqressiv və təcavüzkaranə bir hiylə kampaniyası başladıb. Düşmənin bu kampaniyasında İslam ümmətinin daxilindən də despotçu və avtoritar qüvvələr və İŞİD kimi cahil ünsürlər iştirak edirlər. Nəticədə isə İslam dinin müqəddəsliyi ayaq altına atılır və müsəlmanların qanı tökülür.

Hər bir mömin öz dininin qeyrətini çəkməlidir. Hər bir agah qələm sahibi İslama kömək etməlidir. Hər bir dil yaxşılıqlara dəvət etməli və pisliklərdən çəkindirməlidir. Hər bir kiçik və böyük müəssisə İslami dəyərləri tanıtdırmalı və təbliğ etməlidir. Hər bir partiya və hər bir mömin təbliğatçının vəzifəsidir ki, İslamı olduğu kimi,  sədaqət, elm, ədalət, hikmət və nicat dini olaraq indiki və gələcək nəsilə çatdırsın.

Bizim hər birimizin vəzifəsidir ki, fürsəti fövtə vermədən aktiv bir məktəbə çevirilək, agah və İslama vəfadar bir media mərkəzi olaq, gecə və gündüz demədən İslamın əzəmətini hər yerə və hamıya çatdıraq. / 4005524

captcha