IQNA

Dünyanın ən böyük Müshəfinin xəttatı və evdə peşəkarlıq guşəsi - VİDEO

8:46 - October 19, 2021
Xəbər sayı: 3491020
Suriyalı xəttat və hüsnxətt ustadı Məhəmməd Cəlul dünyanın ən böyük Quran nüsxəsini kitabət etməklə şöhrət qazanıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyalı xəttat və hüsnxətt ustadı Məhəmməd Cəlul dünyanın ən böyük Quran nüsxəsini kitabət etməklə şöhrət qazanıb.

Onun digər uğurlu və sənətkara şöhrət gətirən işi BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) milli Quran nüsxəsini gözəl xətt ilə 3 il müddətində kitabət etməsidir.

Suriyalı incəsənət ustadı hazırda evinin bir guşəsini iş yerinə çevirərək öz hüsnxətt sənətkarlığı ilə Quran ayələrindən xariqüladələr yaradır.  

Məhəmməd Cəlul hazırda Türkiyənin Qaziantep şəhərində yaşayır.

O, 14 yaşında bu istedadı özündə kəşf edir və o zamandan Türkiyəli xəttat Hüseyn Həsəninin şagirdi məşhur xəttat Şeyx Məhəmməd Məhmud əs-Səbuniyə şagird olur.

Məhəmməd Cəlul dünyanın ən böyük Quran nüsxəsi sayılan "Müshəfi Şam"ı kitabət etməkdə iştirak edib və hər vərəqi 2x1 metr olan bu Müshəfin 7-ci cüzini yazıb.

O, müxtəlif beynəlxalq kitabət və hüsnxətt yarışlarında iştirak edib və böyük mükafatlar əldə edib. / 4004676

kod
captcha