IQNA

18:01 - October 25, 2021
Xəbər sayı: 3491054
Azərbaycan Respublikası, son vaxtlar ölkədə fəaliyyət göstərən bəzi dini saytları, eləcə də Azəri dilində fəaliyyət göstərən bəzi İran saytlarını bloklayıb.

İQNA-nın Bakıdakı bəzi oxuyucularının verdiyi məlumata əsasən, Azərbaycan dili də daxil olmaqla dünyanın 21 dilində dini və Quran məzmunlu xəbərlər dərc edən İQNA Xəbər Agentliyi əlçatmaz olub.

İQNA Xəbər Agentliyinin Azəri saytı, dinlərə hörmət çərçivəsində, bu ölkənin daxili işlərinə qarışmadan və yaxınlaşdırıcı yanaşma ilə yalnız dini, Qurani-Kərim və İslam dünyasının bəzi mühüm xəbərlərini dərc edib. 

İQNA Xəbər Agentliyinin Azəri dilindəki saytı, Azərbaycan Respublikasında ən çox müraciət edilən dini medialardan biri idi. Bu ölkənin vətəndaşları, dini maariflənmə və dünyada baş verən Quran xəbərləri və hadisələri haqqında məlumat əldə etmək üçün bu mediaya müraciət edirdilər.

Ad:
E-poçt:
* Comment:
* captcha: