IQNA

Nigeriyada məscidə silahlı hücüm, 18 nəfər öldü

20:04 - October 26, 2021
Xəbər sayı: 3491062
Nigeriyanın Niger əyalətində məscidə edilən silahlı hücum nəticəsində 18 nəfər ölüb.

Motosikletli silahlı şəxslər Niger əyalətinin Maza-Kuka bölgəsində sabah namazı üçün bir araya gələn şəxslərə atəş açıb.

Hadisə nəricəsində 18 nəfər ölüb, çox sayda yaralı var. Bundan başqa, silahlı şəxslər 7 nəfəri qaçırıb.

Mənbə: Qafqazinfo

captcha