"İQNA", "Nun" xəbər agentliyinə istinadən xəbər verir ki, Çilili rejissor, Corc Səid, tövhid dinlərinin ortaq prinsipləri haqqında film hazırlayır. O, həmçinin bu yaxınlarda İmam Hüseynin (ə) hərəminin və hər il milyonlarla zəvvarın diqqətini cəlb edən müqəddəs Kərbəla şəhərinin parlaq mənzərəsini çatdırmaq üçün müqəddəs Kərbəlaya səfər edib.
Səid Amerika qitəsindəki amerikalıların İmam Hüseyn (ə) haqqında məlumatlarının məhdud olduğuna diqqət çəkərək deyib: "Bundan əvvəl bir dəfə Kərbəlaya səfər etmişə. İki il əvvəl çəkdiyim ilk film, Cənubi Amerika bölgəsinə, xüsusən də Braziliyaya müsbət təsir etdi."
O, bildirib ki, braziliyalılar, şiələri düzgün tanımır. Amma o film, İraq şiələrinin Ərbəin ziyarəti zamanı səxavətini nümayiş etdirdi.
Çilili rejissor deyib ki, indiki İraq səfərim, bu ölkəyə ikinci səfərimdir. Hazırda, tövhid dinlərinin ortaq prinsipləri haqqında film çəkirəm. Mən, İbrahim peyğəmbərin məkanına səyahət edib bərabər olduğumuzu sübut etmək istəyirəm.
O, əlavə edib ki, Kərbəla və İmam Hüseyn (ə) haqqında məlumatımız azdır. Çünki məlumat hər yerdə mövcud deyil.
Bu çilili rejissor çıxışının sonunda deyib: "Mənim çatdırmaq istədiyim mesaj budur ki, hər kəs empatiya, sevgi və xeyirxahlıq hiss etməlidir. Bütün dinlər üçün sülh, sevgi, hörmət və sosial ədalət istəyirəm."