Höccətül-islam vəl-müslimin Yəhya Cahangiri Sührəvərdi, İQNA-ya verdiyi qısa müsahibədə deyib: "Bu gün bu konfransdakı çıxışımda qeyd edəcəm ki, İslam araşdırmaları, təlim mehvərli araşdırmalardan ehtiyac mehvərli araşdırmalara çevrilməlidir. Çünki İslam ilahiyyatının tədrisi, təəssüf ki, indi təlim mehvərdir. O mənada ki, o, yalnız təlimləri ifadə edir. Bir halda ki, ehtiyac mehvər olmalıdır."
O, bildirib ki, həmçinin İslam təlimlərinin, sülhün yayılmasına necə kömək edəcəyini də vurğulayacağam. Biz İslam nöqteyi-nəzərindən sülh ilahiyyatı üzərində işləməliyik.
Höccətül-islam vəl-müslimin Yəhya Cahangiri Sührəvərdi, bu gün dünyada "Əlilliyin İlahiyyatı" adlı mövzuya toxunaraq deyib: "Bu konfransda vurğulayacam ki, bizim teoloji müzakirələrimiz, məhz bu kimi məsələlərə yönəlməlidir. İlahiyyatın əlilliyə baxışını bəyan etməliyik. İlahiyyat əlil insanlara necə aramlıq verə bilər? Həyatı onlar üçün necə asanlaşdıra bilər? Beləliklə, ilahiyyatımız, ehtiyaclara diqqət etməlidir".
Bu Elmi Hövzə və universitet ustadı, sonda deyib: "Bugünkü konfransda mənim digər mövzularımdan biri də budur ki, Ekoloji ilahiyyat insanları ətraf mühitə qarşı zorakılıq tətbiq etməməyə necə məcbur edə bilər?"