IQNA

"Rəhmət Peyğəmbəri və İslami Vəhdət" adlı beynəlxalq vebinar keçirilib

12:31 - October 30, 2021
Xəbər sayı: 3491087
Hz. Peyğəmbərimizin (s) doğum günlərində Mövlud və Vəhdət həftəsi münasibəti ilə Türkiyədə vebinar təşkil olunub.

vebinarİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SalamNews-a istinadla xəbər verir ki, Beynəlxalq Əlmustafa Universitetinin Türkiyə nümayəndəliyi tərəfindən təşkil olunan virtual seminarda Azərbaycan, Gürcüstan, Türkiyə, Almaniya və İran İslam Respublikasından din alimləri, tədqiqatçı yazarlar çıxış ediblər.

Canlı yayımda çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və digər natiqlər Qurani-Kərimin işığında Vəhdətin önəmi, Müasir dünyamızda islami birliyini zəruri edən amillər, Vəhdətin kəmiyyət və keyfiyyət baxımdan mahiyyəti və s. mövzularda izləyicilərə ətraflı şəkildə danışıblar.

vebinar

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Mircəfər Əyyubov da buradakı çıxışında vəhdət həftəsinin müsəlman dünyası üçün önəm və əhəmiyyətindən söz açıb.

captcha