IQNA

Tbilisidə İslam Peyğəmbərinin mövludu münasibətilə tədbir

18:59 - October 12, 2022
Xəbər sayı: 3493067
Tbilisidə İslam Peyğəmbərinin mövludu münasibətilə tədbir keçirilib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadla xəbər verir ki, Tbilisidə “Alulbeyt” Təşkilatının Konfrans və Mərasim zalında “İslam Peyğəmbərinin (s) örnək ictimai həyatı və ümmətə tapşırığı” adlı GMİ və “Alulbeyt Gürcüstan”-ın birgə tədbiri keçirilir.

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, “Alulbeyt Gürcüstan”-ın rəhbəri Hacı Faiq Nəbiyev, Azərbaycan, Türkiyə, İranın səfirlik işçiləri və təmsilçiləri, o cümlədən yerli ilahiyyatçılar iştirak edirlər.

captcha