Məhəmməd Deliri, İQNA-ya verdiyi müsahibədə deyib: "Bu illər ərzində axirətdə əlimdən tutacaqları ümidi ilə çoxlu tələbələr yetişdirmişəm. Digər tərəfdən də, onların ümidsizlik günlərini, Quran öyrənməklə keçirmələri üçün çalışmışam.
Həyat yoldaşımın da qayğıya ehtiyacı var və mən onun qayğısına qalıram. Amma yaşlandıqdan sonra da boş oturmamışam. Öz-özümə dedim ki, indi Allah mənə qismət edib və evdəyəm. Yaxşı olar ki, yeniyetməlikdən oxuduğum Quranı əzbərləməklə məşğul olam.
Artıq bu şəhərdə yeniyetmə və gənclər üçün Quran tilavəti və hifzi kurslarına başlamışam. Hətta gənclərə çətin anlarda həyatlarını işıqlandırmaq üçün müxtəlif dualar öyrədirəm.
Bu Quran hafizi, ölkə üzrə Quran hifzi yarışlarında üçüncü yerə və əyalətdə birinci yerə layiq görülməsinə işarə edərək əlavə edib: "Bu rütbələrin zahirdə heç bir əhəmiyyəti yoxdur. Həqiqətdə, Qurani-Kərimi öz həyatlarında tətbiq etmək önəmlidir."
O, qeyd edib ki, unutmayaq ki, təvəkkül və ümidlə həyatda daha yaxşı günlərə nail olmaq olar. Necə ki, Quran indi mənim həyatımın çırağıdır. Əgər olmasaydı, yəqin ki, bu günləri keçirə bilməzdim.
Nemətləri görək
Deliri, qəlbinin gənc qalmasının sirlərindən danışıb və deyib: "Bəlkə də atam mənə yeniyetmə vaxtı Quranı əzbərləməyi təklif etməsəydi, bəlkə də Quran oxumağı və onunla üns qurmağı unutsaydım, indi yaşamaq üçün nəfəsim və nəfəs almağa ümidim yox idi."
O, əlavə edib: "İndiki gənclərin problemi, Allahın onlara verdiyi nemətlərdən bəhrələnmək istəməmələridir. Quranı əzbərləmək, hətta onu oxumaq neməti, bəzən unutduğumuz böyük bir nemətdir. "İsra" surəsinin 67-ci ayəsində Allah belə buyurur: "Sizə dənizdə bir çətinlik (batmaq təhlükəsi) üz verdiyi zaman (Allahdan) qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda (itaətindən) üz döndərirsiniz. İnsan nankordur!"
Deliri deyib: "Quranı əzbərləmək məni məyus və nankor etmədi. Bunu gənclərə və yeniyetmələrə tövsiyə edirəm. Bütün dərslərimin əvvəlində olduğu kimi, mən onlardan əvvəlcə Allahın nemətlərini saymalarını, sonra isə öyrənmələrini xahiş edirəm. Unutmayaq ki, nemətlərin ən böyüyü, Quranın nazil olmasıdır. Həmçinin təvəkkül edən insan olaq. Görün Corona bizə nə etdi? Bizə qoxu və dad nemətlərinin belə qədrini bilməyə vadar etdi ki, onsuz həyat həqiqətən də, ləzzətsizdir."
O, xatırladıb: "Mən gəncləri, qocalığa çatmamış aramlıqverici yoldaş seçməyə çağırıram. Qurandan böyük, həmdəm və aramlıqverici yoxdur. Allahın möminlərə verdiyi vədlərə bir az inanmaq kifayətdir."