IQNA

Müqəddəs Ələvi Astanında qadınlara Quran qiraəti öyrədilir

14:33 - November 01, 2021
Xəbər sayı: 3491104
Müqəddəs Ələvi Astanında qadınlara Quran qiraəti öyrədilir
Müqəddəs Ələvi Astanı, iraqlı qadınlara virtual olaraq, Quran qiraəti kursu təşkil edib.

İQNA, "Qaf" Quran Xəbər Agentliyinə istinadən xəbər verir ki, Müqəddəs Ələvi Astanına bağlı Qurani-Kərim Mərkəzi, virtual olaraq Quran qiraətində dördüncü kursu təşkil edib.

Bu mərkəzə bağlı Qadın Darul Quran Şöbəsinin sədr müavini Rəşa Əl-Tərfi, bəyan edib ki, Kurs, 3 ay və həftədə 2 seans keçiriləcək.

İraqın daxilindən və xaricindən Quran öyrənən xanımlar, kursa qatılmaq üçün müraciət etmişdilər. Qurani-Kərim Mərkəzinin ixtisaslaşmış komitəsinin ilkin araşdırmalarından sonra bu qadınlardan 360 nəfəri qəbul edilib və sonra müxtəlif qruplara bölünüb.

4009596

captcha