İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadla xəbər verir ki, “Alulbeyt”in Rusiyanın müdiri Höccətülislam Şeyx Məhəmməd Əli Mosulinin vəfatı ilə bağlı “Alulbeyt” Alimlər Birliyi başsağlığı bəyanatı yayımlayıb.
Bəyanatda deyilir:
“İnna Lillah və İnna İleyhi Raciun
“Alim ölərkən İslamda yeri dolmayacaq böyük bir boşluq yaranır.”
– Əhlibeyt məktəbinin ixlaslı xidmətçilərindən, Beynəxalq Alulbeyt Ailəsinin örnək şəxsiyyəti, Ayətullah Sistaninin vəkili, Alulbeyt Rusiyanın müdiri Höccətülislam vəl muslimin Şeyx Məhəmməd Əli Mosulinin vəfat xəbəri hamımızı dərin hüznə saldı.
Şəhadət məktəbilə tanış bir ailədə böyüyən, ömrü qürbət diyarlarda Əhlibeyt (ə) məktəbinə xidmətdə keçən, bir çox çətinliklərə dözərək Hüseyn sədasını uzaq diyarlara çatdıran ustadın əzmi və ixlası hamımız üçün örnək və qürur vəsiləsi olaraq qalacaqdır.
Bu elmi itkidən dolayı, başda İmam Zaman (ə.f) olmqla, Ayətullahül Üzma Seyid Əli Sistaniyə, Beynəlxalq Alulbeyt Müəssisələrinin Baş Katibi Ayətullah Şəhristaniyə, mərhumun ailəsinə, dünya Alulbeyt camiəsinə və alimlərimizə dərin hüznlə başsağlığı veririk.
Mütəal Allah, bir ömür xidmət etdiyi Əhlibeytlə məhşur etsin. Ruhu şad, məkanı cənnət olsun!
Alulbeyt Alimlər Birliyi”