İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Türkiyənin Malatya şəhərində yerləşən qədimi məscid bərpa edilir.
O, 2020-ci ilin yanvar ayında baş verən güclü zəlzələ nəticəsində dağıntıya məruz qalıb.
800 il öncə – 1224-cü ildə inşa edilmiş Battalqazi məscidi hazırda restavrasiya prosesindədir, ibadətgahın yenidən insanların isitfadəsinə verilməsi üçün möhkəmlətmə işləri görülür. Proses çərçivəsində 50 tağ möhkəmlədilib.
Bərpa işləri cari ilin 5 mart tarixində start götürüb və 2022-ci ilin may ayında başa çatmalıdır.