(İQNA) Beynəlxalq Quran Xəbər Agentliyi, Az.shafaqna.com-a istinadən xəbər verir ki, İraqın Diyalə əyalətində sünni və şiə müsəlmanlar vəhdət namazı qılıblar.
Bunun təşəbbüskarı isə parlament seçkilərində qalib gələn “Sədr” hərəkatının lideri Müqtəda əs-Sədr olub.
Ölkənin fərqli-fərqli bölgələrindən olan sünni və şiələr birgə cümə namazı qılmaq üçün Diyaləyə gəliblər.
Qeyd edilib ki, vəhdət namazı cəmiyyət üçün bir mesajdır.