İQNA-nın verdiyi xəbərə əsasən, Rusiyada siyahıyaalma 15 oktyabrdan başlayıb. Ölkə vətəndaşları haqqında məlumatların toplanması noyabrın 14-dək davam edəcək.
Rusiyadakı mədəniyyət məsləhətçisinin sözlərinə görə, bu proqram, Rusiyanın müasir tarixində üçüncü siyahıyaalmadır. Əvvəlki iki siyahıyaalma 2002-ci və 2010 illərdə keçirilib.
Rusiya tarixində ilk dəfə olaraq bu siyahıyaalmada rəqəmsal texnologiyadan istifadə olunub.
Müfti Şeyx Ravil Eynuddin həm rus, həm də tatar dillərində çıxış edərək Rusiyada yaşayan bütün müsəlmanları siyahıyaalmada iştirak etməyə çağırıb. O, xalqa müraciət edərək deyib: "Rusiyada yaşayan əziz dostlar və həmkarlar, mən və ailəm siyahıyaalmada iştirak edəcəyik ki, ciddi nəticələr əldə edilsin. Əminəm ki, biz hamımız səsimizi və insanların ehtiyaclarını daha yaxşı eşitməsi və bir çox sosial problemlərin həlli yollarını tapması üçün hökumətə kömək edəcəyik."