"İQNA"nın Şirazdan verdiyi xəxbərə əsasən, "Yasin Ali-Taha" Quran müəssisəsi, Şirazdakı Quran müəssisələrindən biridir. Quran hafizlərinin yetişdirilməsi sahəsində də ətraflı şəkildə işləyir. O, 14 illik fəaliyyəti dövründə bu sahədə yaxşı hafizlər yetişdirə bilib.
Müssisənin rəhbəri Suğra Hasili, İQNA-ya deyib: "Bu müəssisə, Quran hafizləri yetişdirir. Bundan əlavə, hələ ibtidai məktəbə getməmiş uşaqlar üçün Quran uşaq bağçaları açmışıq.
O, bildirib ki, Korona epidemiyası zamanı biz kiberməkanda fəaliyyətlərimizi davam etdirdik. Hətta Quran uşaq bağçaları da virtual olaraq fəaliyyət göstərirdi. Təbii ki, əyani fəaliyyət üçün icazə verildikdən sonra məsciddəki fəaliyyətimizi davam etdiririk.
Suğra Hasili, Quran fəaliyyətlərinin ən mühüm probleminin ailələrin ona az meyl etməsi olduğunu bildirərək deyib: "Ailələr və gənclər Qurana cəlb olunarsa, şübhəsiz ki, bu cür fəaliyyətlər, rövnəq tapar. Buna görə də, onları Quranla tanış etməliyik."