IQNA

Müqəddəs Abbasi astanında Quran xəttatlığı kursu başlayıb

18:49 - November 09, 2021
Xəbər sayı: 3491168
Müqəddəs Abbasi astanının Bağdad Şöbəsinin Qurani-Kərim Tədris Mərkəzi, mütəxəssislərin iştirakı ilə Quran xəttatlığı üzrə ixtisaslaşdırılmış kursa başlayıb.

"İQNA", ümumdünya "Əl-Kəfil" kanalına istinadən xəbər verir ki, Bağdad Filialının Quran Tədris Mərkəzi, bir sıra Quran tələbələrinin iştirakı ilə xüsusi Quran xəttatlığı kursu keçirib. Bu kursun məqsədi, dinləyicilərə Quranın xəttatlığının xüsusiyyətləri ilə tanış olmaqda kömək etməkdir.

Kursda Quranın durğu işarələrinin təsviri və Osmanlı xəttatlığı ilə müasir orfoqrafik xəttatlıq arasındakı fərq bəyan olunur.

Həmçinin Qurani-Kərimin xəttatlığının xüsusiyyətlərindən bəhs edilir və Qurandakı simvolların istifadə tarixi araşdırılır. Tələbənin Quranı düzgün oxuya bilməsi üçün xəttatlığın hər bir orfoqrafiya halına və Təcvidin hökmlərinə Quran nümunələri qeyd edilmişdir.

4011859

captcha