IQNA

Almaniyanın Köln şəhərinin məscidlərindən azan səsi gəlir

15:14 - November 11, 2021
Xəbər sayı: 3491175
Almaniyanın Köln şəhərinin meri elan edib ki, indi şəhər məscidlərinin səsgücləndiricilərindən azan səslənməsinə icazə verilib.

Almaniyanın Köln şəhərinin məscidlərindən azan səsi gəlirİQNA, "Əlcəzirə"-yə istinadən xəbər verir ki, Köln şəhərində gündə bir neçə dəfə kilsə zəngləri çalınır. Bu şəhərdə indiyədək azan səsinin məscidlərin çölünə çıxması qadağan edilmişdi. Lakin şəhərin meri Henrit Riker oktyabrın ortalarında qadağanın qaldırıldığını elan etdi. Bu qərar, hər kəsi təəccübləndirdi. Bəziləri bu qərara narazılıqlarını bildiriblər. Lakin Köln bələdiyyəsi, bu yolla öz şəhərinin dini müxtəlifliyini qəbul etdiyini sübut etmək istəyir.

Köln Mərkəzi Məscidi 2018-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılıb. Artıq oradan azan səsinin ucalmasına icazə verilib.

Köln Bələdiyyəsinin bununla bağlı verdiyi təlimata əsasən, azan vaxtı beş dəqiqədən çox olmamalıdır. Azan verilməzdən əvvəl məscidin yerləşdiyi hər bir məhəllənin sakinlərinə azanla bağlı məlumat verilməlidir.

4012292

captcha