IQNA

Vəzifəni yerinə yetirmək İmam Zamanın (əc) qəlbini şad edər

15:47 - November 11, 2021
Xəbər sayı: 3491177
Məsləhət və ailə işləri üzrə mütəxəssis, vəzifəni yerinə yetirməyin İmam Zamanın (əc) qəlbini şad etdiyini vurğulayıb. O, gənc tələbələrdən vəzifələrinə diqqət yetirməyi və onları dərk etməyi istəyərək deyib: "Sizin üslubunuz, danışığınız, əməliniz və xarakterinizin Qurana və Əhli-beyt (ə) məktəbinə uyğun olması zəruridir.

İQNA-nın Mərkəzi əyalətdən verdiyi xəxbərə əsasən, Məsləhət və Ailə İşləri üzrə Ekspert Mihən Sadiqi, Mərkəzi əyalətdə yeni qadın tələbələrin iştirakı ilə keçirilən "Huzurun şüası" mərasimində fərdi və ictimai həyatda məqsədlərin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayaraq deyib: "Qadınların elmi hövzələrə daxil olması, xoşbəxtlik və qurtuluş yoluna doğru atılan bir addımdır. Bütün insanlar xoşbəxtlik axtarır. Amma hamı onu əldə edə bilmir. Həyatda hər kəs, bilmədiyini və itirdiyini axtarır. Onu tapana qədər xoşbəxtliyə nail ola bilməyəcək.

O, səadətə çatmaq üçün Qurandan və Əhli-beytdən (ə) kömək istəməli olduğuna işarə edərək deyib: "Müxtəlif məktəblər insanların xoşbəxtliyə çatması üçün bir düstur təqdim edirlər. Keçmiş alimlər, insanın hikmət, şücaət, qeyrət və ədalət adlı dörd xüsusiyyətə malik olduqda səadətə və kamilliyə çatacağını düşünürlər. Müasir alimlər də qərb, şərq və asket qruplarına bölünür. Qərb alimləri qüdrət, şöhrət və şəhvət kimi instinktləri təmin etməyi, Şərq alimləri, iqtisadi ehtiyacları aradan qaldırmağı və asketlər də, cismə əziyyət verməyi xoşbəxtlik və kamillik amili hesab edirlər."

Sadiqi, müasir dünya alimlərinin "Şərq, Qərb və asketlər"-in baxışlarının müsəlmanlarla fərqini açıqlayaraq deyib: "İlahi dinlər arasında hərtərəfli və tam bir din olan İslam dinində də səadətə və kamala çatmağın prinsipial və ilahi düsturu vardır. İslam dini ədalətə, hikmətə, şücaətə, qeyrətə və insani instinktlərin təmin olunmasına qarşı deyildir. Amma İslamda kamala çatmağın yolları digər məktəb və dinlərdən fərqlidir."

O, "Əsr" surəsinə işarə edərək əlavə edib: "Bütün insanlar azğınlıqdadırlar. İman edib saleh əməllər etmədikcə səadətə və kamilliyə nail olmazlar. Əslində bu iki amili İslamın xoşbəxtlik kodları adlandırmaq olar. Özünüzdə iman və saleh əməl çətirini formalaşdırın. Bir an belə ondan qəflət etməyin. Əgər qəflət etsəniz, zərər və peşmanlıq çəkəcəksiniz."

İmanın sabit və müstəqil olmasının lazım olduğuna işarə edən Sadiqi, onun ölçü və bucaqlarına işarə edərək deyib: İmam Musa Kazimdən (ə) belə nəql olunur: "Allahşünaslıq, nemətşünaslıq, vəzifəşünaslıq və Allahdan ayrılıq amillərini tanımaq kimi 4 elmə sahib olan insanın dini, imanı kamil olar və səadətə yetişər. Qiyamət günü o, Peyğəmbərin (s) və onun övladlarının yanında olacaq."

Məsləhət və ailə işləri üzrə ekspert sonda vəzifəni yerinə yetirməyin İmam Zamanın (əc) qəlbini şad etdiyini vurğulayıb. O, gənc tələbələrdən vəzifələrinə diqqət yetirməyi və onları dərk etməyi istəyərək deyib: "Siz gənc xanımlar, tələbə adını seçdiniz. Sizin üslubunuz, danışığınız, əməliniz və xarakterinizin Qurana və Əhli-beyt (ə) məktəbinə uyğun olması zəruridir. İmam Zamanı (əc) özünüzdən razı salmaq üçün əlinizdən gələni etməlisiniz. O Həzrətin diqqətini cəlb etmək üçün vəzifənizi yerinə yetirməyi unutmayın."

4011960

captcha