IQNA

Kanadalı müğənni, hicabı təhqir edib

17:13 - November 11, 2021
Xəbər sayı: 3491178
Məşhur kanadalı müğənninin bu yaxınlarda verdiyi konsertdə hicabı təhqir etməsi, sosial şəbəkələrdə müsəlmanların qəzəbinə və tənqidinə səbəb olub.

İQNA, "Əlvətəniyyə"-yə istinadən xəbər verir ki, Məşhur kanadalı müğənni Castin Biber ABŞ-ın Yuta ştatında verdiyi son konsertində müsəlmanların hicabını təhqir edib.

O, bu yaxınlarda verdiyi konsertdə səhnəyə yaylıqla daxil olub. O, son konsertində yaylıqla səhnəyə çıxıb və müsəlmanların hicabını ələ salıb. Bu təhqiramiz hərəkət müsəlmanların çoxlu tənqidinə səbəb olub.
Kanadalı müğənni, konsertdə səhnəyə enli ağ köynək və şalvar, yaylıq və gün eynəyi ilə çıxıb. O, sosial mediada lağa qoyulan qəribə hərəkətlər edib.

Sosial şəbəkələrin bir çox istifadəçisi, xüsusən də ərəblər müğənninin konsertindəki hicablı şəkillərini və kliplərini paylaşaraq tənqid ediblər. Həmçinin onun haqqında istehzalı ifadələr işlədiblər.

Qeyd edək ki, Castin Biberin tezliklə Səudiyyə Ərəbistanında böyük konsert verməsi planlaşdırılır.

4012414

captcha