"İQNA", "Dünya Əl-vətən"-ə istinadən xəbər verir ki, Fələstinin Vəqflər və Dini İşlər Nazirliyi, Səfa bankı ilə əməkdaşlıq edərək İordan çayının qərb sahilində və işğal altında olan Qüdsdə 6-18 yaş arası tələbələr üçün Qurani-Kərimin 6 cüzünü əzbərləmək yarışı keçirib.
Fələstin vəqflər nazirinin müavini Həssam Abul-Rab deyib: "Belə proqramların keçirilməsi, fələstinli uşaqları Allahın kitabını əzbərləməyə və İslam elmlərinə üz tutmağa sövq edir.
Səfa Bank-nın baş direktoru Nəzal Əl-Bərğusi də vurğulayıb: "Bu müsabiqə uşaqları Qurani-Kərimi əzbərləməyə həvəsləndirmək məqsədi daşıyır. Həmçinin uşağın ailəsinin qəlbində Allahın Kitabının yer almasıdır.
Fələstin Vəqflər və Dini İşlər Nazirliyinin dəvət nazirinin müavini Atif Salih bildirib ki, müsabiqəyə müraciət edənlərin sayı müxtəlif yaşlarda təxminən 3000 nəfərə çatıb.