IQNA

Amerika tarixində ilk tamamilə müsəlman şəhər şurasının yaradılması

15:08 - November 13, 2021
Xəbər sayı: 3491187
Miçiqan ştatının Hemtramak şəhəri, keçən həftə müsəlman merinin rəhbərlik etdiyi ilk ABŞ ümummüsəlman şəhər şurası seçkilərindən sonra tarixə düşüb.

İQNA, "Yahoo News"-a istinadən xəbər verir ki, Ötən həftə keçirilən şəhər şurası seçkilərində Adam Albarmaki, Amanda Jakowski və Xəlil Rafayi qalib gəldikdən sonra onlar şuranın hazırkı üzvləri Nim Çuduri, Məhəmməd Həsən və Məhəmməd Əlsumiriyə qoşulacaqlar.

Altı nəfərin hamısı müsəlmandır. Mer seçilən 42 yaşlı Amir Qalib də müsəlmandır. Bu üzvlərdən beşi mühacir, biri isə Şərqi Avropa əsilli müsəlmandır.

Bu məsələ səbəb olub ki, Hemtramak şəhəri, müsəlmanların çox olması səbəbindən artıq ABŞ-da müsəlmanların çoxluq təşkil etdiyi ilk şəhər olsun. İndi şəhər şurası tamamilə müsəlmandır. Bununla belə, şura üzvləri mediaya bildiriblər ki, onların qərarlarında din heç bir rol oynamayacaq.
Altı nəfərdən ibarət şəhər şurası yanvarda işə başlayacaq.

4012486

captcha