IQNA

Hyustonda İslam sənətləri Festivalı keçiriləcək

14:47 - November 14, 2021
Xəbər sayı: 3491197
Texas ştatının Hyuston şəhərində 8-ci İslam Sənətləri Festivalı keçiriləcək.

İQNA, "365 Things in Houston"-a istinadən xəbər verir ki, bu Festival, Texasın Hyuston şəhərinin Spring bölgəsindəki "Əs-Salam" məscidində insanların iştirakı ilə keçirilir. Maraqlananlar onlayn olaraq da qoşula bilərlər.

Bu festival 12 dekabr bazar günü keçiriləcək. Bu Festivalda ABŞ-ın hər yerindən məşhur sənətkarların əsərləri nümayiş olunacaq. Ziyarətçilər möhtəşəm sənət əsərlərini onlayn almaq və festival zalında onlara baxmaq imkanı əldə edəcəklər.

Bu məlumata əsasən, festival çərçivəsində xəttatlıq və uşaqlara məxsus sənət fəaliyyətləri kimi istiqamətlərdə interaktiv üzbəüz görüşlər keçiriləcək.

4013070

captcha